Company

Olainfarm Səhmdar Cəmiyyəti Baltika ölkələri arasında dərman preparatlarının, aktiv kimyəvi substansiyaların və digər kimyəvi maddələrin istehsalı sahəsində 40 ildən artıq təcrübəyə malik olan böyük şirkətlərdən biridir.

Müəssisənin məhsul portfelinə 60 – dan yuxarı hazır dərman forması, 25 aktiv farmasevtik maddə və 20 –dən artıq kimyəvi yarımməhsullar daxildir.

Olainfarm şirkəti sinir sisteminin, ürəyin və qan damarlarının sağlamlığı üçün preparatlar, antibakterial, virus əleyhinə və allergiya əleyhinə dərman vasitələri üzrə ixtisaslaşmışdır. Kimyəvi – farmasevtik məhsullar istiqamətində adamantanın, xinuklidinin və nitrofuran sırası preparatların istehsalında və işlənib hazırlanmasında xüsusilə zəngin təcrübə toplanmışdır.

Olainfarm müasir texnologiyalarla təmin edilmişdir və Avropa İttifaqının Ən yaxşı istehsalat təcrübəsinin tələblərinə, ətraf mühitin idarə edilməsi standartı ISO 14001:2004, laboratoriyalar standartı ISO 17025, qismən – ABŞ (FDA) və Avstraliya (TGA) müfəttişliyinin standartlarına müvafiq olaraq sertifikatlaşdırılmışdır.

Olainfarm SC –nin məhsullarının keyfiyyətini dünya səviyyəsində və regional səviyyədə məşhur olan Novartis, Dr. Reddy’s, Glenmark Generics, Sigma AU, Almirall Ranke, UQUIFA, MIAT, Actavis, Teva, Egis, PHF kimi şirkətlərlə və bir çox başqaları ilə əməkdaşlıq da təsdiq edir.

2011-ci ildən etibarən Olainfarm Ümumdünya Səhiyyə Təşkilatı üçün vərəm əleyhinə dərman vasitələrinin tədarükünü həyata keçirir.

Olainfarm konserninə Latviyanın yaşıl əczaçılıq şirkəti olan Silvanols, Latvijas aptieka apteklər şəbəkəsi, tibbi elastik məmulatların istehsalçısı olan Tonus Elast  və ekoloji kosmetikanın istehsalçısı olan Kiwi Cosmetics daxildir.

Müəssisənin törəmə təşkilatları Litvada, Türkiyədə və Qırğızıstanda, nümayəndəlikləri Rusiyada, Ukraynada, Belarusda, Tacikistanda, Albaniyada, Monqolustanda və Özbəkistanda, nümayəndələri ABŞ-da, Azərbaycanda, Serbiyada, Türkmənistanda, Moldovada, İsveçdə və Cənubi – Şərqi Asiyada yerləşir.

Əsas müəssisənin dövriyyəsi 2015-ci ildə 84,7 milyon avro, vergilər ödənildikdən sonra mənfəəti – 14,6 milyon avro, ixrac edilən məhsulun həcmi – 72,84 milyon avro təşkil etmişdir.

Şirkətin məhsulları 40-dan artıq ölkəyə ixrac olunur, məhsulun 14%-ə yaxın hissəsi Latviyada satışa çıxarılır. Böyük ixrac bazarları Rusiya, Ukrayna, Belarus, Hollandiya, Qazaxıstan, Böyük Britaniya və Polşadır. İstehsalatdan ən uzaq məsafədə yerləşən ixrac bazarı Avstraliyadır.

Olainfarm şirkətində 1000-dən artıq peşəkar işçi işlə təmin edilmişdir, müəssisənin ərazisi 48 hektar sahəni əhatə edir və şosseyə və hava limanına yaxın məsafədə yerləşir.

Şirkətin səhmləri Riqa NASDAQ OMX Fond birjasının Rəsmi siyahısında kotirovka olunurlar.

Şirkəti