Keyfiyyət siyasəti

Olainfarm SC-nin əsas fəaliyyət prinsipi – bütün dünya üçün yüksək keyfiyyətli, etibarlı və effektiv məhsullar istehsal etməkdir. Biz məhsulların işlənib hazırlanması, inkişaf etdirilməsi, istehsalı, nəzarəti və yayılması zamanı yüksək keyfiyyət standartlarını təmin edirik. Bizim səhmdarlarımız müəssisəyə keyfiyyətə istiqamətlənmiş rəhbərliyi dəstəkləyir, buna görə də keyfiyyətin təmin edilməsi sistemi əczaçılıq fəaliyyətinin bütün mərhələlərində inteqrasiya olunmuşdur.

Keyfiyyət siyasəti aşağıdakıları nəzərdə tutur:

  • rəhbərlik və işçilər gündəlik fəaliyyətləri ərzində Lazımi istehsalat təcrübəsi standartının tələblərinə əməl edir və onları tam yerinə yetirirlər;
  • rəhbərlik və işçilər Olainfarm SC -nin bütün istehsalat prosedurlarının  və yanaşı prosedurların səlahiyyətli təşkilatların və müştərilərin tələblərinə uyğun olmasını təmin edir;
  • keyfiyyətin təmin edilməsi sistemi fasiləsiz olaraq təkmilləşdirilir və onun səmərəliliyi daxili və xarici auditlər (müştərilər və səlahiyyətli təşkilatlar tərəfindən keçirilir) zamanı qiymətləndirilir.
ViktorijaKeyfiyyət siyasəti