Məhsullar və xidmətlər

Olainfarm şirkətinin məhsullar portfelinə 60-dan artıq hazır dərman forması, 25 aktiv farmasevtik maddə və 20-dən artıq kimyəvi yarımməhsullar daxildir.

Olainfarm sinir sisteminin, ürəyin və qan damarlarının sağlamlığı üçün dərmanlar, antibakterial, virus əleyhinə və allergiya əleyhinə vasitələr üzrə ixtisaslaşmışdır.

Kimyəvi – farmasevtik məhsullar istiqamətində adamantanın, xinuklidinin və nitrofuran sırası preparatlarının istehsalı və işlənib hazırlanması sahəsində xüsusilə zəngin təcrübə toplanmışdır.

Olainfarm müasir texnologiyalarla təmin edilmişdir və Avropa İttifaqının Ən yaxşı istehsalat təcrübəsinin tələblərinə, ətraf mühitin idarə edilməsi standartı ISO 14001:2004, laboratoriyalar standartı  ISO 17025, qismən – ABŞ (FDA) və Avstraliya (TGA)  müfəttişliyinin standartlarına müvafiq olaraq sertifikatlaşdırılmışdır.

Məhsullar və xidmətlər