Biznes strategiya

Missiya:

Olainfarm SC Baltikyanı ölkələr arasında hazır dərman preparatlarının və farmasevtik substansiyaların ən böyük istehsalçılarından biridir. Bizim əsas fəaliyyət prinsipimiz – bütün dünya üçün etibarlı və səmərəli yüksək keyfiyyətli preparatların hazırlanmasıdır. Biz öz müştərilərimizlə – xəstələrlə, həkimlərlə, əczaçılarla və tərəfdaşlarımızla vicdanlı və konstruktiv əməkdaşlıq yaratmaq istəyirik. Biz öz məqsədlərimizə nail olmaq üçün yüksək ixtisaslı, sosial baxımdan müdafiə edilmiş və yaxşı motivasiya olunmuş əməkdaşlardan ibarət komanda yaradırıq. Bizim prioritetimiz  ekoloji cəhətdən təmiz istehsalat prosesinin təşkili və şirkətin dəyərinin daim artırılmasıdır.

 

Vizyon:

Biz Baltikyanı ölkələr arasında məhsulları bütün dünyada məşhur və əlçatan olan, hazır dərman vasitələrinin və kimyəvi – farmasevtik preparatların aparıcı istehsalçısı olmaq istəyirik.

 

Məqsədlər və vəzifələr:

Preparatların inkişafı və marketinqi

  • Müştərilərin arzularını və ehtiyaclarını nəzərə almaqla, preparatlar portfelinin optimallaşdırılması və onun yeni hazır dərman formaları ilə zənginləşdirilməsi;
  • Kimyəvi preparatlar istiqamətinin inkişaf etdirilməsi və xüsusən Latviyanın alimləri və elmi – tədqiqat müəssisələri ilə əməkdaşlıqda yeni innovasiyalı preparatların və texnologiyaların yaradılması;
  • Cəmiyyətin istehsal etdiyi hazır dərman preparatlarının qeydiyyatdan keçirilməsi və dünyanın müxtəlif ölkələrinin bazarlarına tədarük edilməsi;
  • Mövcud nümayəndəliklərin və marketinq xidmətlərinin gücləndirilməsi, habelə yeni nümayəndəliklərin təsis edilməsi;
  • Cəmiyyətin intellektual kapitalının yaradılması və qorunub saxlanması.

İstehsalat və preparatların keyfiyyəti

  • Bütün istehsalat bölmələrinin, otaqlarının, avadanlıqlarının və proseslərinin və Yaxşı istehsalat təcrübəsi standartlarına və digər ən yüksək beynəlxalq standartlara müvafiq olaraq daima müasirləşdirilməsi;
  • Mövcud istehsalat bölmələrinin bazasında yenilərinin formalaşdırılması və yeni iş yerlərinin yaradılması;
  • Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin yaxşılaşdırılması və əməyin təhlükəsizliyinin artırılması məqsədi ilə texnoloji proseslərin maksimal dərəcədə avtomatlaşdırılması;
  • Keyfiyyətli preparatların istehsal edilməsi, müştərilərin inamının artırılması məqsədi ilə preparatlar barədə dəqiq və konkret informasiyanın təqdim edilməsi.

Sosial siyasə

  • Cəmiyyətin fəaliyyətində rollarından və verdikləri töhfədən asılı olaraq əməkdaşların əməyinin ödənilməsi;
  • İşçilərin sosial zəmanətlərinin təmin edilməsi və əməyin təhlükəsizliyinin artırılması;
  • Bu sahədə yeni mütəxəssislərin hazırlanmasının dəstəklənməsi və əsl əməkdaşların karyera inkişafı imkanlarının təmin edilməsi.

Ətraf mühitin mühafizəsi

  • Ətraf mühitə qarşı etik münasibət və ekoloji baxımdan təhlükəsiz istehsalat prosesinin təşkili;
  • Cəmiyyətin fəaliyyətinin ətraf mühitə təsirinin keyfiyyət və kəmiyyət baxımından daima azaldılması.

Sərmayəçilərlə münasibətlər

  • İnnovasiyalar, gəlir həcminin inkişafı və artırılması yolu ilə şirkətin dəyərlərinin yaradılması üzrə daimi iş;
  • Cəmiyyətin fəaliyyəti və iqtisadi vəziyyəti barədə etibarlı və əyani informasiyanın vaxtlı – vaxtında təqdim edilməsi;
  • Bütün maraqlı sərmayəçilərlə açıqlıq və səmimilik.
Biznes strategiya